Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə əsasən, 2015-2024-ci illərdə Azərbaycanda internetlə təmin olunan ev təsərrüfatlarının sayı 13,5% artıb. 2024-cü ilin nəticələrinə əsasən, ölkədəki mənzillərin 90,2%-i internetə çıxışla təmin edilib. SİA xəbər verir ki, 2015-ci ildə ölkədəki mənzillərin cəmi 76,7%-nin internetə çıxışı var idisə, 2019-cu ildə bu göstərici 79,1% olub. Növbəti bir il ərzində ölkədəki evlərin daha 5,7%-i internetə çıxış əldə edib və 2020-ci ildə mənzillərin 84,4%-nin internetə çıxışı təmin edilib. Növbəti 4 ildə isə yüksək tempdə artım qeydə alınıb və sözügedən göstərici 90,2%-ə çatıb.
Qeyd edək ki, son 5 ildə Azərbaycanda evlərin internetlə təmin olunması işləri daha sürətlə aparılıb və bunu aşağıdakı cədvəldən də görmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə