Gələn il orta aylıq əməkhaqqının 1171 manat olacağı proqnozlaşdırılır
2026-cı ildə Azərbaycanda orta aylıq əməkhaqqının 1170,8 manat olacağı proqnozlaşdırılır. SİA Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, 2027-ci ildə əməkhaqqı 1246,8 manat, 2028-ci ildə 1327,6 manat, 2029-cu ildə isə 1411,8 manat təşkil edəcək.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1098,1 manat olub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB