Cari ilin yanvar-avqust aylarında sahibkarlara 317 mənşə sertifikatı verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 54 ədəd və ya 20,5 faiz çox olub. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, mənşə sertifikatlarının 64 faizi tikinti, 15,8 faizi mineral sular, 1,6 faizi meyvə-tərəvəz və tütün məmulatları, 18,6 faizi digər məhsulların ixracı üçün təqdim olunub.
Bu ilin 8 ayı ərzində “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” PHŞ tərəfindən 6488 ədəd ölçmə vasitəsi yoxlanılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 77,7 faiz çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə