Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 2 milyon 789,8 min dekalitr meyvə şirəsi istehsal edilib. SİA xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur.
Eyni zamanda, hesabat dövründə ölkədə 112 min 991,2 ton meyvə-tərəvəz konservləri istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 % azdır.
Sentyabrın 1-nə ölkədə 476,6 min dekalitr meyvə şirəsi və 23 min 184,8 ton meyvə-tərəvəz konservləri ehtiyatı mövcuddur. Bu göstəricilər illik müqayisədə müvafiq olaraq 21,9 % və 2,8 % azalma göstərir.
Hesabat dövründə Azərbaycanda istehsal edilmiş qida məhsullarının dəyəri 3 milyard 408,9 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 10,8 % artım deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə