Mərkəzi Bank: Cari əməliyyatlar balansının profisiti 2,3 mlrd. dollara çatıb
İlkin rəqəmlərə görə tədiyə balansının cari əməliyyatlar balansında bu ilin 6 ay ərzində 2.3 mlrd. ABŞ dolları məbləğində müsbət saldo yaranıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Bu isə ÜDM-in 6.3%-nə bərabərdir. Qeyd edilib ki, Mərkəzi Bankın 2025-ci və 2026-cı illərin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə