“Yol xəritələrinin işlənməsi iqtisadi davamlılıq baxımından mühümdür” - RƏYLƏR
“Milli iqtisadiyyat və iqtisadiyyatın sahə strukturu üzrə Yol Xəritələrinin icrası Azərbaycan üçün bir sıra əhəmiyyətli iqtisadi, institusional və sosial faydalar gətirmişdir. Bu Yol Xəritələri, 2016-cı ildə qəbul olunan "Strateji Yol Xəritələri" paketinin bir hissəsi kimi ölkənin uzunmüddətli inkişafını təmin etmək məqsədi daşıyırdı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
O bildirib ki, Yol Xəritələrinin icrasının əsas nəticələri və ölkəmizə qazandırdığı faydalar aşağıdakı kimi xarakterizə edə bilərik: “İqtisadi deversifikasiya, institusional islahatlar, infrastruktur və investisiya mühiti, insan kapitalının inkişafı, makroiqtisadi sabitlik, regionların inkişafıə və. s. qeyd etmək olar. Məhz Yol Xəritəsinin uğurla icra edilməsi sayəsində iqtisadiyyatımız daha dözümlü olmağıyla yanaşı həm də rəqabət qabiliyyətliliyini artıraraq dinamik inkişaf edir. Bu gün dünya iqtisadiyyatında baş bverən böhranlı vəziyyəti görürük. Ölkəmizdə isə iqtisadiyyatın bütün sektorları paralel inkişaf etməklə iqtisadiyyatın daha da güclənməsinə və sözün əsl mənasında iqtisadi müstəqilliyə nail olmağımıza yol açdı”.
Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov fikirlərini bölüşüb:
“Yol xərtələrinin hazırlanması həmin dövrün əsas çağırışlarından biri idi. 2015-ci ildə baş vermiş iki devalvasiyadan sonra ölkənin iqtisadi inkişafının yeni reallıqlara uyğun istiqamətlənməsi zəruri hala gəldi. Bu baxımdan, yol xərtələrinin işlənməsi həm iqtisadi sabitliyin qorunması, həm də inkişafın davamlılığını təmin etmək üçün mühüm mexanizm rolunu oynadı. Hazırlanan yol xərtələri müxtəlif sahələrdə yeni yanaşmaların tətbiqinə imkan verdi, iqtisadiyyatın diversifikasiyasına, idarəetmənin təkmilləşdirilməsinə və sosial rifahın yüksəldilməsinə şərait yaratdı. Bu səbəbdən, həmin dövrdə yol xərtələrinin qəbul edilməsi obyektiv zərurət idi. Lakin artıq müasir mərhələdə Azərbaycanın inkişaf prioritetləri dəyişib. 2021-ci ildən etibarən müəyyənləşdirilən milli prioritetlər yeni dövrün tələblərinə uyğun olaraq strateji inkişaf istiqamətlərini müəyyən edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2027–2030-cu illəri əhatə edəcək yeni strateji sənədin hazırlanması da məhz bu çağırışlardan irəli gəlir. Beləliklə, əvvəlki yol xərtələri ölkənin iqtisadi sabitləşmə mərhələsində mühüm rol oynamışdırsa, yeni strategiya isə Azərbaycanın gələcək onillikdə modernləşmə, innovasiya və dayanıqlı inkişaf hədəflərinə yönəlmişdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə