"Ölkədə ətin bahalaşması davam edir və bunun əsas səbəblərindən biri bahalaşan ətin qiymətləri fonunda istehlakın azalmamasıdır".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
Onun sözlərinə görə, qiymətlərin stabilləşməsi üçün təlabatın aşağı düşməsi lazımdır:
"Lakin artan qiymətləri əhali qarşılaya bilir. Digər səbəb isə saxlanılan heyvanların sayındakı kəskin azalmadır. 2021-ci ilin yanvar ayı ilə 2025-ci ilin rəqəmlərini müqayisə etsək, görərik ki, həm iribuynuzlu heyvanların, həm də xırdabuynuzlu heyvanların sayında azalma var. Bu da bazara çıxarılan məhsulun da həcminə təsir edir. Burada qiymətlərin tənzimlənməsində idxal da rol oynayır. Qiymətlərin tənzimlənməsi prosesində idxal da mühüm rol oynayır. Ölkəyə xaricdən gətirilən ət məhsulları daxili bazarda alternativ təklif yarada bilər. Lakin burada da bir sıra məhdudiyyətlər mövcuddur. Nəticə etibarilə, saxlanılan heyvanların sayının gündən-günə azalması, idxalın aşağı düşməsi, təlabatın isə stabil artımla müşahidə edilməsi bazardakı qiymətləri artırır".
Bütün xəbərlər Facebook səhifəmizdə