Bu il ƏDV-nin məbləği 20 milyon manatı ötüb

Azərbaycan ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması davam etdirilir. Dövlət Vergi Xidmətindən SİA-ya verilən məlumata görə, cari ilin yanvar–avqust aylarında yaşayış və qeyri-yaşayış sahələrinin alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılan həcmi 20 milyon 176,6 min manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə