4-cü Könüllü Milli Hesabatı təqdim edən ilk 5 ölkə sırasındayıq...

regionda isə birinciyik

Azərbaycan dünyada Davamlı İnkişaf Məqsədlərinin (DİM) icrası üzrə 4-cü Könüllü Milli Hesabatını təqdim edən ilk 5 ölkə sırasındadır, regionda isə birincidir.

SİA xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Samir Şərifov İspaniyanın Sevilya şəhərində keçirilən BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq Konfransının plenar iclasında çıxışı zamanı deyib.

Samir Şərifov qeyd edib ki, ölkəmiz Milli Maliyyələşdirmə Çərçivəsi və “DİM İnvestor Xəritəsi” kimi təşəbbüslərin tətbiqi nəticəsində icmal büdcə xərclərinin 80 faizindən çoxunun DİM-ə uyğunlaşdırılmasına nail olub.

Bütün xəbərlər Facebook səhifəmizdə