Azərbaycan Diasporuna Dəstək Fondu maliyyə vəziyyətini açıqlayıb
Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu 2023-cü ili 2 min manat zərərlə başa vurub. Halbuki, Fond 2023-cü ildən 325 min manat mənfəətlə çıxmışdı. SİA xəbər verir ki, ötən il qurumun gəlirləri 1,199 milyon manat (əvvəlki ilə nisbətən 49,9 % az), xərcləri isə 1,201 milyon manat (41,9 % az) təşkil edib.
Bu il yanvarın 1-nə Azərbaycan Diasporuna Dəstək Fondunun aktivləri 3,895 milyon manat olub ki, bu da illik müqayisədə 0,1 % azdır. Hesabat dövründə Fondun öhdəlikləri 100 % azalıb, balans kapitalı isə 0,1 % azalaraq 3,895 milyon manata düşüb.
Azərbaycan Diasporuna Dəstək Fondu Prezident İlham Əliyevin 6 iyul 2018-ci il tarixli fərmanına əsasən yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır. Fond ölkədə həyata keçirilən islahatların, əldə olunmuş nailiyyətlərin dünyaya bəyan edilməsinə, ölkənin mənafeyinin müdafiəsinə, dünya azərbaycanlılarının milli-mənəvi dəyərləri qorumasına, daha da inkişaf etdirməsinə və tanıtmasına, xaricdə yaşayan azərbaycanlıların milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə, lobbiçilik fəaliyyətinin güclənməsinə, soydaşlarımızın sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərinin həllinə, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə və mütəşəkkilliyinin möhkəmlənməsinə dövlət dəstəyini təmin edən publik hüquqi şəxsdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB