Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 1,23% və ya 44 dollar azalaraq 3 306.9 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti də 0,40% azalaraq 36.78 ABŞ dolları olub.
Analitiklər bildirirlər ki, geopolitik gərginliyin azalması (xüsusilə İsrail–İran arasında), ABŞ dollarının güclənməsi və FED-in faiz siyasəti ilə bağlı təşviş qızıl və gümüşə olan tələbi azaldaraq onların qiymətində düşüşə səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə