Azərbaycan Çinin "yaşıl enerji ötürmə" infrastrukturunun yaradılması təcrübəsi ilə tanış olub
Azərbaycan Çində dünyanın aparıcı sualtı kabel şirkətlərindən biri olan "Orient Cable" ilə "yaşıl enerji ötürmə" infrastrukturunun yaradılmasını müzakirə edib. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Çində "Orient Cable" şirkətində olduq. İnnovativ sualtı və yerüstü kabel sistemləri üzrə həllər təqdim edən şirkətin "yaşıl enerji ötürmə" infrastrukturu, sualtı və yüksək gərginlikli kabellər, dəniz avadanlıqları və mühəndisliyi sahəsindəki fəaliyyətləri ilə yaxından tanış olduq. Bu təcrübə Azərbaycanın "yaşıl enerji dəhlizi" və interkonnektor layihələrinin həyata keçirilməsi baxımından faydalı oldu", - nazir qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə