"Səslərin yüksəkliyi hamilə qadınlar üçün mənfi təsir göstərir" - ŞƏRH EDİLDİ
“Akustik ekoloji çirklənməyə Azərbaycan ərazisində, xüsusilə Bakı şəhərində, həmçinin dünyanın bir çox ölkələrində buna xüsusi önəm verilir. Biz bunları nizama salmağı çox çətinliklə də olsa öyrənirik. Bununla yanaşı ölkə ərazisində səs-küyün və vibrasiyanın nizamlanması haqqında sərəncam mövcuddur. Lakin buna baxmayaraq, Azərbaycanda bu tədqiqat sahəsi yaxşı öyrənilir. Həmçinin dünyanın bir çox ölkələrində bu mövzuya geniş yer verilir. Akustik ekoloji çirklənmə ürək-damar, eşitmə orqanlarına, əsəb xəstəliklərinə mənfi təsir göstərir. Ən vacib hal isə budur ki, avropalılar əhalinin 20% artımının aşağı düşməsində bu səs küyü günahlandırırlar. Bu hamilə qadınlara da mənfi təsir göstərir”. Bu sözləri ekoloq Ənvər Əliyev SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Ümumi Səhiyyə Təşkilatının bu barədə kifayət qədər göstərişləri var: “Bu məsələ Bakı şəhərində olduqca az öyrənilsə də, bizim tərəfdən dəfələrlə müzakirəyə qaldırılıb, lakin bunlara baxmayaraq akustik çirklənmənin xəritəsinin çəkilməsi üçün külli miqdarda vəsait ayrılmalıdır. Bakı şəhərinin ərazisi çox böyük hissəni əhatə edir və sahəsinə görə 2200 m² ərazini tutur. Bu vəziyyət mərkəzdən xəritələşdirilsə çox gözəl effekt verər. Səs-küy disipel adlanan cihazla ölçülür. Səs 30-50 arasında olsa dözmək olar. Səslərin yüksəkliyi hamilə qadınlar, yaşlı insanların həyat tərzi üçün mənfi təsir göstərir. Müşahidələrimə görə, səs-küy əsasən metroda hiss olunur, siqnal yaxud qəflətən sürətlə gedəndə burada disipel daha artıq olur. Dünya Səhiyyə Təşkilatı 50 disipeli norma hesab edir. Lakin bizdə bu norma 60 disepel götürülüb və bu halda insanlara mənfi təsir göstərir. Buna görə də diqqətli olmaq lazımdır.
Ekoloq bildirib ki, bəzi cəzaçəkmə müəssələrində səs-küydən cəza növü kimi istifadə edirlər. Bununla yanaşı "5 mərtəbə" deyilən ərazi tərəfdə təxminən yolun düz hissəsində səs-küyün ölçüsü 75-80 arasında olur. Həmçinin "İçərişəhər" divarlarının yaxınlığında, şair Mirzə Ələkbər Sabirin xatirəsinə ucaldılmış heykəlin arxa hissəsində səs-küy normadan artıqdır. Dünyanın bir çox ölkələrində şəhərin kənardakı evlərdənsə, mərkəzdə olan evlər nisbətən qat-qat ucuzdur. Şəhərdə olan sürətli və səs-küylü maşınlara nəzarət etmək lazımdlr. Ağır yüklü maşınların səs-küyü daha çox olur. Bəzən elektrik və hidrogen ilə işləyən maşınların mühərrikdən çıxan səs-küyü belə dəyişmək lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə