SOCAR gələn il 462 milyon manat dividend ödəməli olacaq

SOCAR gələn il 462 milyon manat dividend ödəməli olacaq

Azərbaycanda dövlət müəssisələrinin dividend ödənişləri üzrə proqnozun artırılmasının səbəbi məlum olub. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, artım Dövlət Neft Şirkətinin (SOCAR) dividend ödənişi üzrə proqnozun 54 milyon manat və yaxud 13,2 % artırılaraq 462 milyon manata çatdırılması ilə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə