"Bu sahədə yaxından əməkdaşlıq etməyə hazırıq" - QURUM RƏSMİSİ AÇIQLADI

"Biz USAİD olaraq KOBİA ilə əməkdaşlıq göstəririk. Deyərdim ki, kənd təsərrüfatı inanılmaz dərəcədə çox böyük potensialı olan bir sahədir. Biz bu sahədə də yaxından əməkdaşlıq etməyə hazırıq. Çünki bu sahədə çoxlu iş yerləri açıla bilər". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında USAİD-in Azərbaycan üzrə missiyasının direktoru Maykl Nirbas deyib.

O bildirib ki, kiçik və orta müəssisələrin maliyyələşdirilməsi həddən artıq vacib məsələdir: "Həm rifah, həm də fəaliyyətlərin genişləndirilməsi baxımından önəmlidir. Ona görə də yeni avadanlıqlar əldə etmək, yeni bazarlara çıxış baxımdan maliyyələşdirilməsinə diqqət yetirmək lazımdır. Düşünürəm ki, bugünkü tədbir kiçik və orta müəssisələrin nümayəndələrinin yeni bazarlara çıxış əldə edilməsi ilə bağlı məlumatlandırılması baxımından çox əhəmiyyətlidir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə