"Biznes subyektlərinin böyük əksəriyyətini KOB-lar təşkil edir" - SƏDR DANIŞDI

"Son dövrlər dünyada baş verən qlobal dəyişikliklər, sosial-iqtisadi problemlərin kəskinləşməsi, qlobal enerji bazarında sabitliyin pozulması sahibkarlığa, xüsusilə mikro, kiçik və orta sahibkarlığa neqativ təsir göstərdiyini desək, zənnimcə səhf etmərik. Bildiyiniz kimi biznes subyektlərinin böyük əksəriyyətini KOB-lar təşkil edir". SİA xəbər verir ki, bu sözləri “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda keçiriləcək Konfransda KOBİA-nın İdarə Heyətinin sədri cənab Orxan Məmmədov deyib.

O bildirib ki, Ümumdünya Ticarət Təşkilatının “Dünya Ticarət Hesabatı”na görə, KOB subyektləri inkişaf etmiş iqtisadiyyatlarda ümumi daxili məhsulun təxminən 50 %-ni, inkişaf etməkdə olan iqtisadiyyatlarda isə 35 %-ni təşkil edir, ümumi məşğulluğun isə 60-70 %-ni təmin edir:

"Azərbaycan Respublikasına gəldikdə bu rəqəmlər ümumi tendensiyadan kənarlaşmır. Belə ki, ölkədə fəaliyyət göstərən biznes subyektlərinin 99%-dən çoxu KOB subyektlərinin payına düşür".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə