"Bu sahədə Konseptual yanaşma təqdim edilib" - KOMİSSİYA ÜZVÜ BİLDİRDİ

"Ölkəmizdə ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi sahəsində qarşıdakı dövrdə mühüm işlər görüləcək". SİA xəbər verir ki, bu sözləri “Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı” mövzusunda keçirilən konfransda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə” altqrupun üzvü İlahə Əmirbəyova deyib.

O bildirib ki, bu sahədə Konseptual yanaşma təqdim edilib: "Hazırlanan xüsusi yol xəritəsi isə 5 mühüm istiqaməti əhatə etməklə ESG üzrə resurs potensialının inkişafı, məlumatlılığın artırılması, ESG prinsiplərinin tətbiqinə hazırlıq və tətbiqin təşviqi, ESG ilə bağlı hesabatlılıq istiqamətlərində kompleks tədbirlərin görülməsini özündə ehtiva edir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə