“Gerbimizlə bağlı elə məsələ var ki, islah olunmalıdır. Gerb sözü yanlışdır”. SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" və "Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihələrinin müzakirəsi zamanı çıxışında deyib.
Onun sözlərinə görə, dövlət rəmzləri məsələsində müstəqilliyimizi, böyüklüyümüzü qoruyub saxlaya bilməliyik: “Əsas qanunumuzda, bütün kitablarda Gerb sözü Herb olmalıdır. Bununla bağlı illər öncə yazdığım "Əlifba" kitabında qeyd etmişəm. Hələ Ulu Öndər hakimiyyətdə olarkən mənim bu kitabımı oxumuş və 170-ci səhifədə "Gerb" sözünün "Herb" yazmağımla bağlı maraqlanmışdı. Bildiyiniz kimi "Herb" polyak sözüdür və rus dilində "h" hərfi olmadığı üçün "g" ilə yazılır. Ancaq əcnəbi sözlər Azərbaycan dilinə keçərkən biz dilimizin normasına əsasən orginalı əsas götürürük. Ruslar "gipertoniya" deyir, amma biz "hipertoniya" kimi götürürük, onlar "Herakl" sözünü "g" ilə verir, amma biz də "h" ilə yazılır. Yeganə dil xətası bizim ən vacib sözümüz olan "Gerb" sözündə pozulur. Biz başqa dilin normasını özümüzünkü kimi təsdiqləyə bilmərik”.
Komitə sədri qeyd edib ki, bununla bağlı müsabiqənin elan olunması, gerbimizin yenidən qəbul olunub, adının düzgün şəkildə təsdiqlənməsinə ehtiyac var.
R.Hüseynov Azərbaycan Dövlət Himnin sözləri ilə bağlı müəyyən yanlışlıqların olduğunu da dilə gətirib: “Ümumiyyətlə, simvollarımız daha düzgün şəkildə təqdim olunmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB