Kventin Tarantino onu həmişə ilhamlandıran bir yer haqqında danışıb...

Məlum olub ki, bu, Hollivudda əfsanəvi bir bardır…

...Əfsanəvi rejissor Kventin Tarantino, Tennessi ştatında anadan olsa da, uşaqlığının çox hissəsini Kaliforniyada keçirib.

Hollivudun təsiri və əfsanəvi studiyalara yaxınlığı onu rejissor olmağa ilhamlandırıb. O, ilk ssenarisini 14 yaşında yazıb və 1992-ci ildə “Reservoir Dogs” (“Qudurmuş itlər”) filmi ilə rejissorluq debütünü edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Far Out Magazine yazır.

Los-Anceles Tarantinonun personajları üçün daimi bir fona çevrilib: “Pulp Fiction” filmindəki şəhər küçələri, restoranlar, barlar və mənzillər, eləcə də “Bir zamanlar Hollivudda” filmindəki 1960-cı illərin Hollivud filmi...

Şəhər ona ilham verməyə davam edir və o, sevdiyi "film paytaxtına" həvəslə ehtiramını bildirir.

1920-ci illərdə açılan klassik qastropab Barney's Beanery rejissorun qəlbində xüsusi yer tutur.

Bar, Tarantinonun xüsusi hörmət bəslədiyi Brayan De Palmanın rejissorluğu ilə çəkilmiş "Grease", "The Doors" və "Body Double" filmlərində yer alıb.

…Kimsə ilk dəfə Los-Ancelesə gələndə onu Beanery-yə aparmağı sevirəm. Bu, inanılmaz bir təcrübədir, - deyə rejissor bildirir.

O, xüsusilə işə diqqət yetirməyə və yeni ideyalar yaratmağa kömək edən arakəsməli kiçik masanı yüksək qiymətləndirir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə