Sona Vəliyeva: "Bu igidlər böyük zəfərin əsasını qoydular" -MÜNASİBƏT- FOTOLAR

"Biz siz anaların qarşısında baş əyirik. Sizin övladlarınız torpaqlarımızı qəhrəmancasına müdafiə ediblər. Onların çoxu Vətən yolunda canlarından keçib". SİA-nın məlumatına görə bu sözləri "Kaspi" Təhsil Liseyinin rəhbəri Sona xanım Vəliyeva aprel döyüşçülərinə həsr olunmuş tədbirdə bildirib.

O, əlavə edib ki, biz şəhidlərin ruhuna borcluyuq: "Onları heç vaxt unudulmağa qoymayacağıq. Bu igidlər böyük zəfərin əsasını qoydular. İnşallah biz o zəfərə doğru gedəcəyik. Bu gün burada toplanmağımız bizim nə qədər həmrəy olmağımızın nümunəsidir. Aprel zəfərinin təntənəsinə həsr olunan bu gecədə "Kaspi" Təhsil Liseyinin şagirdləri də məharətlə çıxış etdilər. Mən sizin hər birinizə ürək dolusu təşəkkür edirəm. Liseyin qonağı olanlar yaxşı bilirlər ki, təhsil ocağında vətənimizin önəmli günləri daim xatırlanın və milli yaddaş dərsi keçirilir. Bu gün burada bu şagirdlər sözün əsl mənasında milli yaddaş dərsi verdilər. İstedadlı uşaqların hər birinə öz təşəkkürümü bildirirəm".

Müəllif: Jalə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...