Ərini onu döyməkdə ittiham edən deputatın həyat yoldaşı ölüb...

Moskvada "Vahid Rusiya" partiyasından olan bələdiyyə deputatının həyat yoldaşı, əvvəllər ərini məişət zorakılığında ittiham edən Anastasiya Demina vəfat edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Demina fevralın sonunda döyüldüyü üçün xəstəxanaya və polisə müraciət etmişdi.

Belə ki, həmən ərəfədə Ukraynadakı müharibədən məzuniyyətə qayıdan Valeri Demin, arvadı Anastasiyanı daha ev işlərinin öhdəsindən gələ bilmədiyindən əsəbiləşərək möhkəm döymüşdü.

Anastasiya Deminanın ölümünün səbəbləri barədə heç bir məlumat verilməyib, lakin “Baza”nın yazdığına görə, son günlər o, şiddətli ağrı və panik ataklardan şikayətlənib.

Mərhumun cəsədini onun övladları aşkarladığı və ölüm xəbərini ilk olaraq Valeri Deminin özünün VKontakte səhifəsində elan etdiyi məlum olub.

O, baş verənlərin səbəblərini də qeyd etməyib.

Qeyd olunur ki, Anastasiya Demina da əri kimi “Vahid Rusiya”dan bələdiyyə deputatı olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə