Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək

Xarici işlər naziri Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfər edəcək.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən verilən bəyanatda bildirilib.
Bəyanatda bu ifadələrə yer verilib: ''Nazirimiz 2024-cü il 9-10 mayda Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə