Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Basketbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, "NTD-İndiqo" və "Xəzri" komandaları üz-üzə gəliblər. "Sərhədçi" İdman Mərkəzində baş tutan qarşılaşma ikincilərin 63:61 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu komandalar arasında seriyanın ikinci görüşü mayın 11-də keçiriləcək.

Qeyd edək ki, yarımfinalın ilk matçında "Sabah" "Xırdalan"a 101:85 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə