Goranboyda fəhlələri daşıyan mikroavtobus qəzaya düşüb

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun İrəvanlı kəndində qeydə alınıb. Hərəkətdə olan "QAZel"markalı mikroavtobusla “Niva” markalı minik maşını toqquşub. İlkin məlumata görə, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım birqadası cəlb olunub. Mikroavtobusun fəhlələri apardığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə