“Azərbaycan dövləti əbədi olduğu kimi Heydər Əliyev də əbədi olaraq yaşayacaq” - MÜNASİBƏT BİLDİRİLDİ

“Heydər Əliyev və Azərbaycanı bir-birindən ayırmaq qeyri-mümkündür. Çünki Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır. Məhz dahi Liderin uzaq görən ideyaları dövlətimizin yaşadığı hər bir dövrdə aktualdır. Bu baxımdan Azərbaycan dövləti əbədi olduğu kimi Heydər Əliyev də əbədi olaraq yaşayacaqdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, Ümummilli Lider Heydər Əliyev xalqımız və dövlətimiz üçün yeni bir tarix yaratdı: “Bu, tarix Azərbaycanı inkişafa, dünyada nüfuzlu ölkəyə və qələbəyə apardı. Bu baxımdan Heydər Əliyev müxtəlif ictimai-siyasi formasiyalarda Azərbaycana rəhbərlik etsə də onun rəhbərlik etdiyi hər bir dövr dövlətimizin və xalqımızın taleyində həlledici mərhələ olmuşdur. Ona görə də biz inamla deyə bilirik ki, Heydər Əliyev Azərbaycanın taleynidə mühüm əhəmiyyət daşıyan iki tarixi dövrün Ümummilli Lideridir. Əslində dövlətçilk və xalqa bağlılıq Heydər Əliyevin ruhunda olmuşdur. Hətta Azərbaycan rəhbərlik etməzdən əvvəl də Azərbaycana bağlılıq və xalqın mənafəyinin qorunub saxlanılması, milli maraqların önə çəkməsi Heydər Əliyevin fəaliyyətinin hər bir dövrünü araşdıranda görmək mümkündür. Amma Azərbaycanın rəhbərliyinə gəlməsi dahi liderin məhdud çərçivədə inkişaf etdirən milli ideyalarını daha geniş şəkildə inkişaf etdirlməsinə imkan verdi.

SSRİ hakimiyyəti üçün Azərbaycanın inkişaf etməsi o qədər də maraqlı deyildi. Çünki, onlar üçün maraqlısı Azərbaycanın təbii resurslarından maksimum istifadə olunması və xalqımızı özlərinin əlaltısına çevirmək idi. Amma 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbər təyin olunmasından sonra vəziyyət kökündən dəyişilməyə başladı. Azərbaycan Respublikasının şaxələndirilmiş inkişafına başlanılması sayəsində aqrar sahəsi ilə sənayenin paralel inkişafı mərhələsinə qədəm qoyuldu. Azərbaycanda yeni sənaye müəsisələri ucalmağa başlandı. Heydər Əliyevin rəhbərlik etdiyi qısa bir dövrdə Azərbaycan ittifaq miqyasında dotasiya alan respublika səviyyəsindən çıxaraq özünü təmin etməyə keçərək büdcəyə vəsaitlər ödəyən ikinci respublikaya çevrildi.

Heydər Əliyev Azərbaycan Respublikasının iqtisadi inkişafını ölkə həyatının digər sahələri ilə paralel aprırdı. Belə ki, Ulu öndəri çox narahat edən məslələrdən biri də Azərbaycan dilinin dövlət dili olmaması idi. Sovetlər dövründə belə bir ideya ilə çıxış etmək çox təhlükəli sayılırdı. Amma Heydər Əliyev heç nədən çəkinməyərək israrla 1978- ci ildə Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” belə bir əlavə olundu. Beləliklə Azərbaycan dili respublikada rəsmi dil statusunu almış oldu. Halbuki o dövrdə Azərbaycandan daha böyük və əhalisi çox olan respublikalar belə bir məsələni heç gündəmə belə gətirə biılmirdi. Bu, Heydər Əliyevin xalq xarşısında böyük xidməti idi.

Heydər Əliyev həm də dövlət idarəetmə sisteminin idarəçiliyində milli kadrların önə çəkir və Azərbaycanın gələcəyini də düşünərək milli kadr potensialını yaradırdı. Belə ki, 1970-1980-cı illərdə Heydər Əliyevin təşəbbüsü ilə gənclərimiz ittifaqın aparıcı universitetlərinə təhsil almağa göndərilmiş və 15 mindən çox yüksək ixtisaslı mütəxəssis yetişdirilmişdi. O cümlədən milli hərbi kadrların yetişdirilməsini vacib hesab edən dahi Lider Bakıda Naxçıvanski hərbi məktəbini də açmağa nail oldu. Ulu Öndər bilirdi ki, Azərbaycan Respublikası müstəqilliyyə qovuşacaq və hərbi kadrlara ehtiyac yaranacaqdır. Məhz Ulu öndərin uzaq görənliyi sayəsində yaradılmış bu hərbi təhsil ocağı müstəqilliyimizə qovuşandan sonra milli ordumuzun hərbi kadrlarla təmin edilməsində və idarə olunmasında həlleedici rol oynadı.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ermənilər heç başını qaldıra bilmirdi. Halbuki onların içində Azərbaycana qarşı düşmənçilk və torpaqlarımızı ələ keçirmək arzuları hər zaman olmuşdur. Amma Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılması düşmənlərimizin əlinə fürsət verdi və xalqımıza qarşı öz çirkin niyyətlərini həyata keçirmək imkanını əldə etmiş oldu. Beləliklə, 1980-ci illərin sonundan başlayaraq Ermənistandan 300 minə yaxın azərbaycanlının deportasiyası, 20 yanvar qətliamı, Sumqayıt hadisələri, ölkədə separatçılığın baş qaldırması, Qarabağdan başlayaraq torpaqlarımızın işağl olunması düşmənlərimizin çirkin planlarının tərkib hissəsi idi.

Müstqilliyə təzə qovuşmuş respublikanın rəhbərliyində səriştəsiz adamların olması Azərbaycanı yeni təhlükələrlə üz-üzə qoydu. Hətta əraziləri işğal olunduğu halda Azərbaycanı sanki işğalçı kimi qələmə verilmişdi. Ölkənin düşdüyü belə bir ağır durumda təbii ki, qətiyyətli qərarlar qəbul edə bilən, təcrübəli, uzaqgörən və ölkəni düşdüyü bu təhlükəli vəziyyətdən qurtara biləcək və dövlət idarəetməsində bütün məsuliyyəti öz üzərinə götürə biləcək bir liderə ehtiyac duyulurdu. Belə bir lider ancaq Heydər Əliyev idi. Ona görə də xalqı öz liderinə çağırış edərək dövlətə rəhbərlik etməsini xahiş etdi. 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əıliyev müstəqil Azərbaycan Respublikasının yeni bir tarixini yaratmağa başladı. Bu tarix torpaqlarımızın işğalının dayandırılması ilə başlandı və müstəqil dövlət quruculuğu ilə davam etdirildi. Müstəqil dövlətin uğurlu olması üçün birinci növbədə ölkədə ictimai-siyasi sabitlik təmin olunmalı idi. Baxmayarq ölkə daxilində yenidən dövləti ələ keçirmək və ölkəni parçalamaq istəyən qüvvələr öz fəaliyyətlərini davam etdirməyə çalışırdı, Heydər Əliyevin təcrübəsi və vaxtında qətiyyətli qərarların qəbul etməsi bütün ölkəni təhlikələrdən sovuşdurdu. Beləliklə, müstəqil Azərbaycan Respublikası yeni bir dövrə qədəm qoydu. Bu yeni dövrü xarakterizə edəndə əsas 5 istiqaməti təhlil etmək mütləq şəkildə vacibdir.

Birinci istiqamət ordunun vahid mərkəzdən idarə edilməsidir. 90-cı illərin əvvəlində orduda pərakəndilik hökm sürürdü. Ermənistan torpaqlarımızı işğal etdiyi və xalqımıza qarşı soyqırımlar törətdiyi bir dövrdə hakimiyyətdə oturanlar öz kreslolarını düşünür və müharibə meydanındakı hərbi texnikaları Bakıya çağırmışdı. Hətta Şuşanın işğalı baş verərsə başına güllə çaxacağanı deyənlər bu gün də utanmayaraq xalqa və dövlətə ağıl verməyə çalışır. Heydər Əliyevin hakimiyyətə qayıdışı orduda bir nizam yaratdı. Dahi Liderin rəhbərliyi ilə 1993-cü ilin dekabrın sonunda başlanan Horadiz əməliyyatı sayəsində Füzuli rayonun Horadiz qəsəbəsi və 22 yaşayış məntəqəsini qısa bir zaman kəsiyində işağldan azad edilərək yanvarın əvvəlində düşməni atəşkəsə imza atmağına məcbur etdi. Atəşkəsə nail olmağımız ordu quruculuğumuza imkan yaratdı.

İkinci istiqamət isə dövlət idarəetmə sistemninin formalaşdırılması idi. 90-cı illərin əvvəlində hakimiyyətə gələnlər dövlət idarəetmə sitemninə də təsadüfü şəxsləri gətirmişdi. Məhz Heydər Əliyevin rəhbərliyi ilə dövlət sistemi belə ünsürlərdən təmizləndi və onları vətənə sədaqətli təcrübəli kadrlarla əvəz olunmağa başlanıldı. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin müəllifliyi ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Qəbul olunmuş ana qanunda Azərbaycan dövlətinin inkişafının hüquqi əsasları yaratmış oldu. Həm də konstitusiya Azərbaycanda yaşayan bütün vətəndaşların hüquqlarının bərabərliyinə təminat verdi.

Üçüncü istiqamət isə iqtisadiyyatın formalaşdırılması idi. 90-cı illərin əvvəlində hakimiyyətə gələnlər ölkənin bütün iqtisadiyyatını məhv etmiş, hətta Ləl Cavahirat Fondunu talamışdı. Azərbaycanı müstəqil ölkə kimi inkişaf etdirmək və təhlükəsizliyini möhkəmləndirmək üçün mütləq şəkildə yeni bir iqtisadi model qurularaq maliyyə gəlirləri təmin olunmalı idi. Təbii ki, neft-qaz sektorumuz köhnəldiyindən bu sahədə də bir gəlir götürmək mümkünsüz olmuşdu. Ümummilli Lider Heydər Əliyev yaxşı bilirdi ki, bu sekttor xarici investisyalarla dirçəlməli və ölkəmizin inkişafı üçün iqtisadi əsaslar yaratmalıdır. Ona görə də 21 sentyabr 2024-cü ildə Bakıda Xəzərin Azərbaycan sektorundakı Azəri–Çıraq–Günəşli yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı və bu müqavilə Əsrin müqaviləsi adlandırıldı. Həm də eneji resurslarımızın müstəqil ixracını təmin edəcək və dənizləri birləşdirən beynlxalq ixrac magistral xətlərin əsası qoyuldu. Beləliklə, Azərbaycanın dövlət büdcəsinə neft gəlirləri gəlməyə başlandı. Neft gəlirlərinin ədalətli bölünmsəi üçün Neft Fondu yaradıldı. Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft iqtisadiyyatın inkişafını sürətləndirilməsi üçün islahatların həyata keçirlməsinə başlanıldı. Bu islahatlar dövlət mülküyyətinin özəlləşdirilməsi, torpaq islahatının həyata keçirilməsi ilə genişləndi. Beləliklə Azərbaycan iqtisadiyyatı yeni bir dövrə addımlamış oldu. Dövlət büdcəsinə gəlirlərin daxil olması təhsilin və mədəniyyətin müasir əsaslarla inkiaşf etdirlməsinə imkan verdi.

Dördüncü istiqamət isə Gənclər siyasəti oldğunu qeyd edə bilərik. Ümummilli Lider ölkənin gələcəyini düşünən və milli mənəvi dəyərləri üzərində vətənpərvərlik ruhundan inkişaf edən gənc nəsilin yetişdirılməsinin vacibliyini qeyd etdi. Beləliklə gənclərə diqqət artırıldı. Gənclərin vahad amal ətrafında birləşdirlməsi və vətənpərvərlik ruhunda tərbiyyə olunması vacib məsələ idi. Məhz Ulu Öndərin sərəncamı ilə Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərlə bağlı dövlət proqramının qəbul olunması, Gənclər Forumlarının keçirilməsinə başlanması Azərbaycan gənclərinin həyatında yeni bir dövr açdı.

Beşinci istiqamət isə uğurlu beynəlxalq siyasət aparmaq və haqq səsimizi dünyaya çatdırmaqla bağlı idi. Ümummilli Lider BMT tribunasından çıxış edərək bütün dünyaya səslənir və ölkəmizin əsas problemini dünya ictimaiyyətinin diqqətinə çatdırır. Heydər Əliyev dünya ölkələrinin liderləri ilə görüşlər keçirir və Azərbaycanla bağlı düzgün məlumatları birbaşa onların diqqətinə çatdırır. Beləliklə dünya birliyinin Azərbaycana baxışları dəyişilir, ölkəmizin suverən ərazilərinin bütövlüyü dəstəklənir və ərazilərimizin işğala məğruz qalmasını qəbul edilməzliyini bildirməyə başlanır. Elə bir dövlət başçısı yox idi iki, o Heydər Əliyevlə görüşəndə həyəcan keçirməsin və onunla razılaşmasın. Bu, Heydər Əliyevin dünya səviyyəli Böyük Lider olmağından irəli gəlirdi. Heydər Əliyev səfərlər zamanı xaricdə yaşayan azərbaycanlılarla görüşür və onlara fəaliyyət göstərməsi üçün istiqamətlər veriridi. Xaricdə yaşayan soydaşlarımızla kordinasiyalı iş aparılması üçün Dasporla iş üzrə Dövlət Komitəsi yaradır və Dünya Azərbaycanlıların Qurultayları keçirilməyə başlandı. Məhz Ulu Öndərin uzaqgörən siyasəti sayəsində özünü azərbaycanlı hesab edən hər kəs ölkənin daxilində və xaricində eyni nöqtəyə vurmağa başladı.

Ümummilli Lider Heydər Əliyevin xalqımızın qarşısında ən böyük xidməti özündən sonra Azərbaycan Respublikasının taleyini etibar edə biləcək siyasi varsin yetişdirilməsidir. Çünki, müəyyənləşdirilmiş ictimai-siyasi kurs uğurla davam etdirilməsəydi ölkənin gələcəyi də necə olacağı məlum olmazdı. Amma Prezident İlham Əliyev son 21 ildə Azərbaycan dövlətinə rəhbərlik etməklə Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək ölkəmizi dünya dövlətləri boy sırasında daha da uca etdi. Prezident İlham Əliyevin uğurla dövlətə rəhbərliyi sayəsində Azərbaycan siyasi və iqtisadi müstəqilliyinə qovuşdu, müstəqil siyasətini davam etdirdi və beynəlxalq səviyyədə etibarlı tərəfdaş imicini formalaşdırdı. Ordumuz gücləndirilərək müasir səviyyəyə gətirildi, vətənpərvər gənc nəsil yetişdirldi və milli həmrəylik və birlik ruhu sarsılmaz etdi. 27 sentyabr 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsində xalqımız öz sözünü deyərək 30 il işğal altında qalmış torpaqlar azad olundu. Beləliklə Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu həyata keçirmiş oldu. Bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli mövqeyi sayəsində ərazilərimizin suverənliyi təmin olunmuş, sərhədlərin delimitasiyası uğurla davam etdirilir və uzun illər düşmənçilk etmiş Ermənistanla təkliflərimiz əsasında sülh müqaviləsinin imzlanması ilə bağlı danışıqlar aparılır. O cümlədən işğaldan azad olunmuş ərazilər yenidən qurularaq bərpa olunur və uzun illər məcburi köçkünlük həyatını yaşamağına məcbur olmuş insanlar öz ata yurdlarına başnı dik tutaraq qayıdırlar. Bu gün Azərbaycan xalqı qalibdir və dünyada qalib xalqın nümayəndələri kimi qürurla yaşayır. Bizə bu xoşbəxtliyi bəxş edən Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Bu gün Ümummilli Lider Heydər Əliyevin ruhu üstümüzdədir və qalib Azərbaycanın hər bir uğuruna sevinir. Azərbaycan yaşadıqca Ümummilli Lider Heydər Əliyev də yaşayacaqdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə