“Yalançı erməni şousu... ”

Rusiya baş nazirinin müavini Avrasiya İqtisadi İttifaqı üzvlüyünün Ermənistan üçün faydalarını açıqlayıb

...Avrasiya İqtisadi İttifaqının varlığının Ermənistan üçün çox böyük faydaları var. Təkcə onu demək kifayətdir ki, son iki ildə Ermənistanda adambaşına düşən gəlir iki dəfəyə yaxın artıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Baş nazirinin müavini vəzifəsini icra edən Aleksey Overçuk deyib. O bildirib ki, Avrasiya İqtisadi İttifaqının üzv ölkələri arasında ticarətin sürətlənmiş templə artması ilə əlaqədardır.

O əlavə edib ki, iqtisadi nöqteyi-nəzərdən Rusiya ilə Avrasiya İqtisadi İttifaqının Ermənistanla münasibətləri normal istiqamətdədir.

Overçukun qeyd etdiyi kimi, ittifaq liderlərinin sammitində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə İrəvan arasında qarşılıqlı fəaliyyət mövzusu qaldırılmayıb.

Təbii ki, bunu yaxşı başa düşən Paşinyan, Ermənistanın bütün Avrasiya İqtisadi İttifaqı ölkələri ilə sıx əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu deyib.

Respublika rəhbəri bunun seçilmiş paradiqmada iqtisadi əməkdaşlığın maraqlarına uyğun olduğunu vurğulayıb. Paşinyanın sözlərinə görə, İrəvan Avrasiya İqtisadi İttifaqı haqqında sazişin əsasında müəyyən edilmiş bütün prinsiplərə əməl olunmasının tərəfdarıdır.

...İrəvanın təşkilata maliyyə ödəməyəcəyi ilə bağlı dedikləri, təbii ki, yalançı erməni şousudur.

Əslində ermənilər Avrasiya İqtisadi İttifaqısız(?) keçinməyin onlar üçün çətin olacağını, əks halda lap dilənçi halına düşəcəklərini yaxşı qanırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə