Şagirdinin bel çantasında pnevmatik qumbara partlayıb

Sankt-Peterburqda 12 yaşlı uşaq məktəbə pnevmatik qumbara gətirib.

Hadisə çərşənbə günü, mayın 8-də saat 14:30 radələrində Planernaya küçəsində, bina 1, ev 73-də yerləşən məktəbdə qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 6-cı sinif şagirdinin airsoft oyun əşyası alıb məktəbə gətirdiyini müəyyən ediblər.

Lakin şagirdin bel çantasında qəfildən qumbara işə düşüb. Maraqlıdır ki, qumbarasının partlaması nəticəsində xəsarət alan olmayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şagird və onun valideynləri ilə profilaktik söhbət aparıblar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə