ABŞ qoşunları Nigeri tərk edəcək...

ABŞ bütün qoşunlarını Nigerdən çıxarmağı planlaşdırır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

...Siz qeyd etdiniz ki, Nigeri tərk etmək məcburiyyətindəyik. Biz Nigeri tərk edəcəyik.

Pentaqonun rəhbəri ABŞ Senatının Təxsisatlar Komitəsində dinləmələrdə çıxışı zamanı deyib.

Yayım Amerika parlamentinin yuxarı palatasının rəsmi saytında həyata keçirilir.

Belə ki, o, “Reuters” və “The New York Times”ın ABŞ hərbi kontingentinin Qərbi Afrika dövlətindən çıxarılması ilə bağlı məlumatlarını təsdiqləyib.

Bildirilib ki, Nigerdəki ABŞ hərbçiləri səhrada yerləşən bazada yerləşir və onun tikintisi ABŞ Müdafiə Nazirliyinə 100 milyon dollardan çox başa gəlib.

Bun arada Kreml bəyan edib ki, Rusiya Afrika ölkələri ilə hərbi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə