"Heydər Əliyevin 100 illiyi" yubiley medalının təqdim edilməsi mərasimi baş tutub - YENİLƏNİB-FOTOLAR

Mayın 7-də Milli Azərbaycan Tarixi Muzeyində mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə medallar təqdim edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bir qrup mədəniyyət və incəsənət xadimi Ümummilli Lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə