“Böyük Qayıdış konsepsiyası əsasında mühüm işlər görülür” - MÖVQE BİLDİRİLDİ

“Vətən müharibəsi bitəndən sonra Azərbaycan tərəfi keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdışı məsələsinə diqqəti artırdı. Bunun nəticəsidir ki, artıq çoxsaylı bizim keçmiş məcburi köçkünlərimiz öz əziz və doğma yurd-yuvalarına köçüblər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, Böyük Qayıdış konsepsiyası əsasında mühüm işlər görülür: “Bizim vətəndaşlarımızın məşğulluq probleminin həll olunması, onların bütün qayğılarının ödənilməsi, həyat üçün vacib infrastrukturun, iaşə və sosial obyektlərin tikilməsi də vacib şərtdir.

"Ağıllı kənd" konsepsiyası çərçivəsində yenidən qurulmuş Zəngilanın Ağalı kəndində olanda da gördüm ki, əhalinin məşğulluğu təmin olunub, həyat öz axarı ilə davam edir. Burada kəndlərin müasir şəraitdə yaradılmasına rəğmən, həm də kənd təsərrüfatının inkişafına da ciddi diqqət ayrılır. Artıq Şuşaya da məcburi köçkünlərimiz qayıdır. Zamanla bütün ərazilərimizdə əhalinin məskunlaşması tam təmin olunacaqdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə