Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ilk - “ASAN Login” vasitəsilə qeydiyyat aparılacaq

2024–2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir. Elm və Təhsil Nazirliyindən SİA-ya bildirilib ki, müsabiqə üzrə qeydiyyat mayın 15-i saat 11:00-dan mayın 22-si saat 11:00-dək davam edəcək.

Bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçiriləcək. Müsabiqədə iştirak üçün namizədlər “ASAN Login” əldə etdikdən sonra http://www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

Ətraflı məlumatı bu link vasitəsilə əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə