Zaxarova Avropa İttifaqının Kiyevi terrora təhrik etdiyini deyir...

...Avropa İttifaqı faktiki olaraq Kiyevi Rusiya Federasiyasına qarşı terror aktlarını davam etdirməyə sövq edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Telegram-da yazıb.

...Avropa İttifaqı təkcə Kiyev rejiminin sponsoru deyil. O, bəyanatları ilə Kiyevi Rusiyanın dinc şəhərlərinə və mülki infrastruktura hücumları davam etdirməyə təhrik edir.

Bunu deyən Zaxarova, həmçinin Ukraynanın Krım körpüsünə hücum etmək hüququnu bəyan edən Avropa İttifaqının xarici siyasət xidmətinin nümayəndəsi Peter Stano-nun bəyanatlarını qəbuledilməz adlandırıb.

Zaxarovanın sözlərinə görə, bu, terrorizmə təhrikdir.

Onun fikrincə, Avropa İttifaqı terrorizmin şərikinə çevrilir. ...Xatırladaq ki, Stano mayın 6-da Ukraynanın Krım körpüsünü vurmaq hüququna malik olduğunu bildirmişdi. Rusiya Federasiyası artıq körpüyə hücum olacağı təqdirdə sarsıdıcı cavab zərbəsi ilə bağlı xəbərdarlıq edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə