Eddi İsrafilov “Neftçi”dən ayrılır

Təcrübəli futbolçu Eddi İsrafilov “Neftçi”dən ayrılacaq. SİA-nın xəbərinə görə 2022-ci ildən “Neftçi”nin formasını geyinən milliləşdirilmiş oyunçu “Sabah”la şifahi razılığa gəlib.

31 yaşlı futbolçu Masazır təmsilçisinin ikiillik müqavilə şərtlərini qəbul edib. “Ağ-qaralar” da onunla anlaşmanı yeniləməyə hazır olublar. Buna qədər karyerası əsasən İspaniya ilə bağlı olan İsrafilov “Neftçi”dən daha çox pul istədiyindən, danışıqlar baş tutmayıb.

Qeyd edək ki, Türkiyənin “Boluspor” klubu da Eddi İsrafilova təklif göndərsə də, razılıq əldə olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə