Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb - Sahib Məmmədov

Bu ilin birinci rübündə Azərbaycan ilə Bolqarıstan arasında qarşılıqlı ticarət dövriyyəsi təxminən 4 dəfə artaraq 153 milyon dollara çatıb. SİA xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycanın Bolqarıstana ixracı da 4 dəfədən çox artaraq 146 milyon dollar təşkil edib.

Nazir müavini bildirib ki, dövlətlərimiz arasındakı əməkdaşlıq ənənəvi olaraq ticarət və investisiya fəaliyyətlərindən kənara çıxır.

“Bolqarıstan və Azərbaycan Avropa İttifaqının ümumi dəyəri 2,1 milyon avro olan iki tvinninq layihəsində birgə iştirak edib ki, bu da bizim müxtəlif istiqamətlərdə əməkdaşlığa və tərəfdaşlığa sadiqliyimizi nümayiş etdirir”, - deyə S. Məmmədov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə