Azərbaycan dünyada mədəniyyətlərarası dialoqa tövhə verən əsas ölkələrdəndir

Cari ilin 1 may tarixində Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. 100-dən artıq ölkə tərəfindən 700-dən çox nümayəndənin qatıldığı forumda mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlim dəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, postmünaqişə vəziyyəti, turizm, süni zəka kimi mühüm dünyəvi məsələlər müzakirə olunmuşdur. Prezident İlham Əliyev forumda bu gün dünyada gedən proseslərə nəzər salaraq, geniş nitqlə çıxış etmişdir. Ölkəmizdə dünya dövlətlərinə nümunə olacaq multikultural dəyərlərin qorunmasından və Azərbaycanın müharibə ilə regionda sülhü bərqərar etməsindən geniş çıxış etmişdir. Öz nitqi ilə Dünyada ikili standartlara tövhə verən təşkilatlara çağırış edən Prezident İlham Əliyev BMT-nin 4 qətnaməsinin illərlə icra olunmaması və icra olunmadığına görə qarşı tərəfə heç bir təzyiqin göstərilməməsindən bəhs etmişdir. Nəhayət ki, Azərbaycan öz haqlı mübarizəsi ilə 44 günlük Vətən müharibəsinin nəticəsində öz suverenliyini tam təmin edərək Cənubi Qafqaza sülh gətirdiyini qeyd etmişdir. Bundan başqa ölkəmizin neft qaz ixrac edən ölkə olmasına baxmayaraq iqlim dəyişikliyi ilə bağlı alternativ enerji mənbələrinin gələcəkdə ölkəmizdə ciddi şəkildə inkişaf etdiriləcəyini bildirmişdir.

​Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin və qalib ordumuzun sayəsində artıq Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş, nəinki ölkəmizdə həmdə regionda sülhün bərqərar olmasına nail olunmuşdur. 30 illik işğaldan azad olunan rayonlarımızın bərpası prosesi sürətlə davam etdirilir. Qaçqın və köçkün düşmüş vətəndaşlarımız öz doğma yurd yuvalarına böyük sevinc hissi ilə qayıdırlar. Bəli bunlar hamısı güclü liderimizin qətiyyəti sayəsində baş verir. Bu gün ölkəmizin vətəndaşlarının bir qisminin azsaylı xalqlardan ibarət olmasına baxmayaraq Azərbaycan bütün dünyaya multikultural dəyərlərin qorunmasında bir nümunədir. Dünyanın iqlim dəyişikliyi ilə üz-üzə qaldığı bir dövrdə ölkəmiz həyata keçirdiyi layihələrlə bir daha sübut etmişdir ki, Azərbaycan dünyada baş verən proseslərə biganə qalmır və özünü dünyanın bir parçası olaraq görür. Hətta hazırda dünyada baş verən münaqişələrdə zərər çəkmiş tərəflərə öz humanitar yardımlarını əsirgəmir.

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri: Anar Alışov

Bütün xəbərlər Facebook səhifəmizdə