İngilislərin “Rusiyanın pis fəaliyyətlərinə” cavabı...

Bu arada London Rusiya hərbi attaşesini Böyük Britaniyadan çıxarmaq, bəzi mülkləri diplomatik statusdan məhrum etmək və Rusiya diplomatik vizalarının etibarlılığını məhdudlaşdırmaq qərarına gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters xəbər verir.

Britaniya Daxili İşlər Nazirliyinin rəhbəri Ceyms Kleverli parlamentdə çıxışı zamanı bu addımı bütün Böyük Britaniya və Avropadakı “Rusiyanın pis fəaliyyətlərinə” cavab adlandırıb.

Londonda attaşenin Rusiya hərbi kəşfiyyatı ilə əlaqəli olduğunu iddia edirlər.

Kleverli onu da qeyd edib ki, Moskva böyük ehtimalla Britaniya hakimiyyətini rusofobiyada ittiham edəcək.

Nazir Rusiyanı qoşunlarını Ukrayna ərazisindən çıxarmağa və “zərərli fəaliyyətləri” dayandırmağa çağırıb.

Yeri gəlmişkən, bu arada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın adekvat cavab verəcəyini bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə