Vasilinin yazdığı balaca bir bloq, ailənin başını böyük bəlaya salıb...

...Belarus-Ukrayna sərhədindən olan Proxorovlar ailəsinin hansı maddələrlə mühakimə olunacağı məlum olub.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, onları on beş ilə qədər həbs cəzası gözləyir?

Deməli, Vasili, Larisa və Pavel Proxorovun adları məhkəmə cədvəlinə salınıb.

“Nasha Niva” xəbər verir ki, onların saxlanması 2023-cü ilin dekabrında məlum olub. Belə görünür ki, onlarla birlikdə saxlanılan qızları Anastasiya mühakimə olunmayacaq.

...Deməli ailə Qomelin Qrabovka kəndində yaşayırdı ki, bu, Ukrayna ilə sərhəddən bir neçə kilometr, Qomeldən isə 25 kilometr aralıdadır.

Vasili Proxorovun 54 yaşı var. O, atom elektrik stansiyasının yerləşdiyi Çernobıl şəhərindən gəlib. Proxorov hava-desant qoşunlarında xidmət edib. Sonra tikinti sahələrində, sonradan yükdaşyan kimi işləyib və kiçik bir bloq yazıb.

Və bu bloqunda Çernobıl zonasına səyahətlərindən, işinin xüsusiyyətlərindən və həyatından danışıb.

Maraqlıdır ki, Vasilinin yazdığı bu bloq onun və ailəsinin başına bəla açıb.

...Beləliklə, ailə “dövlətə xəyanət”, “düşmənçilik və ya nifaq salma”, “ekstremist fəaliyyətə təşviq etmə” maddələri ilə ittiham olunurlar.

Qeyd edək ki, ailə üzvlərinin hansının hansı maddə ilə ittiham olunduğu dəqiq məlum deyil.

“Qomel Viasna” xəbər verib ki, “dövlətə xəyanət” ittihamı ilə saxlanılan Proxorovların məhkəmə prosesi mayın 20-də Qomel Şəhər Məhkəməsində başlayacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə