Yunanıstan Ukraynaya silah verməkdən imtina edir..?...

...Yunanıstan rəsmi olaraq Ukraynaya hava hücumundan müdafiə sistemləri verməkdən imtina edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Baş nazir Kiriakos Mitsotakis protothema.gr portalına müsahibəsində Yunanıstanın özünün müdafiə sistemlərinə ehtiyacı olduğunu bildirib.

O qeyd edib ki, ölkə Yunanıstanın özünün təhlükəsizliyinə xələl gətirməmək üçün Kiyevi yalnız “artıq resurslarla” təmin edir.

Eyni zamanda, son vaxtlar Avropa ölkələri öz müdafiə ehtiyaclarını əsas gətirərək Kiyevə tədarükdən getdikcə daha çox imtina edirlər.

NATO-nun iyulda Vaşinqtonda keçiriləcək sammitində Ukrayna münaqişəsinə birbaşa müdaxilədən imtina barədə bəyannamə təsdiqlənə bilər.

Bu barədə “Corriere della Sera” sənəd layihəsinə istinadən yazır.

Materialda qeyd edildiyi kimi, ABŞ-ın Ukraynada yayımladığı strategiya dəyişməyəcək. Eyni zamanda, Qərb liderləri “təbii dəyişikliyə” hazırlaşırlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə