İrəvan təşkilatı maliyyələşdirməyi dayandırmaq qərarına gəlib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından Ermənistanın təşkilata maliyyələşdirməni dayandırmaq qərarından xəbərdar olduqlarını bildiriblər.

SİA bu barədə rus saytlarına istinad edir.

Mənbənin sözlərinə görə, bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üçün “xəbər deyil”.

Eyni zamanda agentliyin həmsöhbəti vurğulayıb ki, bu qərar heç bir halda Ermənistanın təşkilatdakı statusuna təsir etmir. ...Bu xəbər deyil, biz bundan xəbərdarıq. Amma Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olaraq qalır.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, İrəvan təşkilatı maliyyələşdirməyi dayandırmaq qərarına gəlib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə