Numan Kurtulmuş Kubada səfərdədir

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Kubanın paytaxtı Havanada rəsmi səfərdədir.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Numan Kurtulmuş Havanadakı Xose Marti Beynəlxalq Hava Limanında Türkiyənin Kubadakı səfiri Vehbi Esgel Etensel, Kuba Milli Məclisinin sədr müavini Ana Maria Mari Maçado, Kuba Milli Məclisinin Kuba-Türkiyə Dostluq Qrupunun sədri Yuri Valdes Balbin tərəfindən qarşılanıb.
Numan Kurtulmuşun Kubadakı rəsmi təmasları Xose Marti abidəsini ziyarət etməklə başlayacaq.
Numan Kurtulmuş daha sonra həmkarı Esteban Lazo Hernandez ilə təkbətək görüş keçirəcək və Kubanın Baş naziri Manuel Marrero Kruz və Kubanın vitse-prezidenti Salvador Valdes Mesa ilə bir araya gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə