Hindistanda ruslar üçün “naomnik” axtarılırmış...

...Bu arada Hindistanda dörd yerli sakin Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etmək üçün könüllü cəlb etdiklərinə görə həbs ediliblər.
Müstəntiqlərin fikrincə, “ruslar üçün “naomnik” axtarışına çıxan həmən 4 yerli hindli ölkənin bir neçə ştatında potensial axtarışlarını davam etdirirmişlər.

Onlar sosial şəbəkələr və yerli işə götürənlər vasitəsilə hərəkət edərək “Rusiyada yüksək maaşlı iş” təklif edirmişlər. İşə götürənlər gənclərə Rusiyanın özəl universitetlərinə qəbulda, həmçinin pulsuz viza müddətinin uzadılmasında köməklik edəcəyini də vəd edirmişlər.

Onlar rus ordusunda iki hindistanlıya “köməkçi” vəzifəsi vəd etdilər. Razı olanlar Rusiyaya gəldikdən sonra hərbi təlimlərə, sonra isə onların iradəsinə zidd olaraq döyüş bölgəsinə göndərilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CBI bildirib.

…Sxemin əsas iştirakçısı Tamil Nadu ştatından olan Hindistan vətəndaşı Nijil Cobi Bensam olub. Bundan əvvəl o, Rusiyada tərcüməçi işləyib. Rusiyaya viza və biletləri Mumbay ştatında yaşayan hindistanlı Entoni Maykl Elaqovan verib. Hər iki şəxs aprelin sonunda saxlanılıb və həbs ediliblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə