Azərbaycan və Türkiyə hökumətləri arasında protokol imzalanıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının nəticələrinə dair protokol imzalanıb. SİA-nın verdiyi xəbərə görə, sənədi Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz imzalayıblar.

Azərbaycan İqtisadiyyat Nazirliyi və Türkiyə Ticarət Nazirliyi arasında ticarətin asanlaşdırılmasına dair Ortaq işçi qrupu yaradılacaq. Buna dair sənəd də Azərbaycanın Baş naziri Əli Əsədovun Türkiyəyə səfəri çərçivəsində imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə