"Barselona" Luis Enrikeni qaytarmaq istəyir

Ötən ay Xavi Hernandez mövsümün sonunda "Barselona"nın baş məşqçisi vəzifəsindən istefa vermək qərarına yenidən baxıb və Kataloniya klubunun rəhbərliyinin razılığından sonra müqaviləsinin qalan hissəsini yekunlaşdırmağa razılaşıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu o deməkdir ki, Xavi gələn mövsümün sonunda "Barça"dan ayrılacaq. Klubun idman direktoru Deko Xavinin gedişindən sonra komandanın sabiq baş məşqçisi Luis Enrikeni dəvət etmək niyyətindədir.

Kataloniyalılar Enrikenin PSJ ilə müqaviləni yeniləməməsinə və "Kamp Nou"ya qayıdacağına ümid edir.

Qeyd edək ki, ispaniyalı mütəxəssisin Paris klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə