Qəza törədən İbrahim İslamov hadisə yerindən qaçıb...

...Sankt-Peterburq polisi Moskvada “Porsche” ilə Troitski körpüsündə gecə qəzası törədən Hardcore Liqasının keçmiş döyüşçüsü 25 yaşlı İbrahim İslamovu saxlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qəza aprelin 25-i saat 01:50 radələrində baş verib.

Müəyyən edilib ki, “Porsche” sürücüsü qarşıdan gələn zolaqla hərəkət edərək Troitski körpüsündə qəza törədib və sonra avtomobili tərk edərək hadisə yerindən qaçıb.

Qəza ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 267.1-ci (nəqliyyat vasitələrinin təhlükəsiz istismarını təhdid edən hərəkətlər) maddəsi ilə cinayət işi açılıb.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, qəzada şübhəli bilinən şəxs mayın 8-i çərşənbə günü səhər saatlarında Lyublinskaya küçəsindəki mənzildə yaxalanıb.

Polis saxlanılan idmançının yaxın vaxtlarda Sankt-Peterburqa aparılacağını qeyd edib.

Qeyd edək ki, İbrahim İslamov Hardcor league tədbirlərində iştirak edərkən məşhurlaşıb. O, həmçinin MMA, boks və yumruq döyüşləri qaydalarına uyğun çıxış edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə