ABŞ Ukraynaya yeni hərbi yardım paketləri hazırlayır

...Amerika Birləşmiş Ştatları Ukraynaya yeni hərbi yardım paketləri hazırlayır ki, bu da ona silah təchizatının əvvəlki səviyyəsinə qayıtmağa imkan verəcək.

SİA-nın əldə etdiyi məlumata görə, RBC-Ukrayna bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerə istinadən xəbər verir.

Jurnalistlər Rusiyanın son raket hücumu fonunda ABŞ-ın Ukraynaya silah tədarükünü sürətləndirib- sürətləndirməyəcəyinə aydınlıq gətirib.

Dövlət Departamentinin sözçüsü bu məsələ ilə bağlı əlavə açıqlaması olmadığını desə də, ABŞ-ın bu yaxınlarda Ukraynaya 1 milyard dollardan çox yardım etdiyini xatırladıb.

...Biz başqa paketlər üzərində işləyirik. Düşünürəm ki, maliyyə fasiləsindən əvvəl olduğumuz tempə qayıtmağımızı gözləyə bilərsiniz.

Bunu deyən Miller əlavə edib ki, yeni yardım paketlərinin elanını gözləməliyik.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə