Kremldə Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Moskva Kremlində Ali Avrasiya İqtisadi Şurasının yubiley iclası keçirilir. May ayında Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında sazişin imzalanmasının 10 ili tamam olur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, tədbirin dar və geniş formatda keçirilməsi planlaşdırılır.

Rusiya prezidenti Vladimir Putinin dediyi kimi, Avrasiya İqtisadi İttifaqı liderləri inteqrasiya əməkdaşlığının daha da dərinləşdirilməsi ilə bağlı qərarlar qəbul ediblər.

…Beş ölkə vahid texniki, sanitar, baytarlıq və fitosanitar norma və standartlarına keçib. Avrasiya İttifaqı yeni çağırışlar, o cümlədən bəzi ölkələrin həyata keçirdiyi sanksiya siyasəti ilə bağlı problemlər qarşısında öz effektivliyini göstərdi.

Bunu Rusiya lideri qeyd edib.

Öz növbəsində Belarus Prezidenti Aleksandr Lukaşenko, “Rusiya Federasiyasının tərəfdaşlığımızı inkişaf etdirmək və möhkəmləndirmək üçün fəal, ardıcıl səylərinin bu gün həmişəkindən daha vacib olduğunu bildirib.

Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqının üzvləri Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Ermənistandır.

Ali Avrasiya İqtisadi Şurasının iclasında Avrasiya İqtisadi İttifaqının müşahidəçi ölkələri olan Özbəkistan və Kuba liderləri də iştirak edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə