“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Belçikada fəaliyyət göstərən “FireLand” Azərbaycanlılar Birliyi Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyinin dəstəyi ilə Brüsselin Volüve-Sen-Pyer və Etterbek bələdiyyələrinin hər il may ayında birgə təşkil etdiyi ənənəvi festivalda iştirak edib.

SİA xəbər verir ki, festivalda milli yeməklərin, içkilərin, Azərbaycan mədəniyyəti və incəsənətinə aid kitab və broşüraların, kəlağayı və aksesuarların yer aldığı Azərbaycan stendi yüzlərlə iştirakçının marağına səbəb olub. Ən çox diqqət cəlb edən stendlərdən olan Azərbaycan stendində qonaqlara müxtəlif dillərdə ölkəmiz haqqında məlumatlar verilib.

Festivalda iştirak edən yerli siyasətçilər, deputatlar, partiya nümayəndələri Azərbaycan təamlarının dadına baxıb, Azərbaycanla maraqlanıblar.

"FireLand"ın tərkibində yer alan rəqs qruplarının çoxsaylı rəqs nümunələri iştirakçıların marağına səbəb olub, rəqsləri izləyənlər Azərbaycan stendinə yaxınlaşaraq, ölkəmiz barədə məlumat əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə