"Slovakiya ilə Azərbaycan münasibətləri kifayət qədər yaxşıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Slovakiya münasibətlərinin düzəlməsi kifayət qədər yüksək mərhələyə keçidi həm Slovakiya həm Azərbaycan üçün çox önəmlidir. Çünki Slovakiya ümumiyyətlə Avropada söz sahibi olan dövlətlərdən biridir və özü də kifayət qədər güclü bir dövlətdir. Yəni mən bunu dəqiq bilirəm. Mən Slovakiyanın Alamons universitetində oxumuşam. Orada Alamons şəhərində böyük universitet var. Hələ o vaxtı Slovakiyada təhsil, səhiyyə çox yüksək səviyyədə idi. Bunu o ölkəni içindən tanıyan bir adam kimi deyirəm”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Cümşüd Nuriyev sözlərinə belə davam edib: “İkincisi Slovakiyanın baş nazirinin Bakıda olan səfəri zamanı Azərbaycanla imzalanan sənədlərin arasında təbii ki ən yüksək sənəd Azərbaycanla Slovakiya arasında birgə bəyannamədir. Bu kifayət qədər ciddi sənəddir və bizim Slovakiya ilə əlaqələrimizin yüksək səviyyəyə çatmasına dəlalət edir.

Slovakiya ilə Azərbaycan münasibətləri kifayət qədər yaxşıdır. Burada strateji tərəfdaşlığın gündəmə gəlməsi artıq Slovakiya-Azərbaycan münasibətlərinin yeni mərhələsidir və bu mərhələ hər iki dövlət üçün çox önəmlidir. Cənab Prezident də bunu dedi ki, gələcəkdə kifayət qədər perspektivlər var və Azərbaycan-Slovakiya münasibətləri bilavasitə Bakı görüşündən sonra yeni səhifə açıldı. Slovakiya baş nazirinin Azərbaycana səfərindən sonra bu yeni münasibətlər hər iki ölkəyə kifayət qədər həm siyasi, həm iqtisadi, həm də maddi dividentlər gətirəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə