Kiçik Kennedinin başında "beynin bir hissəsini yeyən" qurd tapılıb

...ABŞ prezidentliyinə namizəd kiçik Robert Kennedi əvvəllər açıqlanmayan sağlamlıq problemləri ilə, o cümlədən beyninin bir hissəsini yediyini söylədiyi parazitlə üzləşib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “New York Times” qəzeti yazır.

Siyasətçi həkiminə istinadən bildirib ki, görüntülərində müşahidə olunan anomaliyaya “beynə girən, onun bir hissəsini yeyən və sonra ölən bir qurd səbəb olub”.

...Nəşr qeyd edir ki, 2010-cu ildə Kennedi kiçik yaddaş problemlərinə və şüurun bulanıqlığına görə həkimlərə müraciət edib.

Mütəxəssislər əvvəlcə siyasətçinin vəziyyətini mümkün şiş kimi izah ediblər, sonra isə onun beyninə donuz əti lent qurd sürfəsinin keçdiyini irəli sürüblər.

...Nəşr müəyyən edib ki, kiçik Kennediyə civə zəhərlənməsi diaqnozu qoyulub.

Həkimlərin fikrincə, parazitar infeksiyalar və civə zəhərlənməsi beyin fəaliyyətinə mənfi təsir göstərə bilər.

Bu arada siyasətçi onun artıq yaddaş probleminin olmadığını deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə