Fransanın Serdon şəhərinin meri qar yağmasını qadağan edib

Fransanın Serdon şəhərinin meri Mark Şavent güclü qarın öhdəsindən gələ bilmədiyi üçün simvolik fərmanla qar yağmasını qadağan edib. Büdcəni tarazlaşdıra bilmədiyini dilə gətirən mer “Hökumət, bələdiyyələri maliyyə imkanlarından məhrum etdi” deyib.

Mark Şavent “Bu qərar dağlıq qəsəbədə yenicə məskunlaşan, lakin özlərini Lion şəhərinin mərkəzində hesab edən bəzi sakinlərin qışda yolların vəziyyətindən və elektrik enerjisinin kəsilməsindən şikayət etməsindən sonra verilib” deyə ifadə edib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə